ABŞ İŞİD-ə görə Misirdən çıxır

ABŞ Misirin Sinay yarımadasından İŞİD təhlükəsi ilə əlaqədar olaraq öz hərbi qüvvələrini çıxarda bilər.
Turaninfo.az  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə informasiyanı CNN telekanalı yayıb. Hazırda bu məsələnin Misir və İsraillə müzakirə olunduğu bildirilib.
 Qeyd edək ki, 1979-cu ildə imzalanın ABŞ-Misir razılaşmasına əsasən Vaşinqton Sinay yarımadasında öz hərbi bazasını yerləşdirilib. Hazırda burada Amerikanın 700 hərbçisinin olduğu iddia edilir.