ABŞ-ın İraqda yeni hərbi bazası

Baxış sayı: 
230
0  
0  

 
ABŞ İraqın Ərbil şəhərinin Mahmur rayonunun şərqində hərbi baza yerləşdirib.
XEBERTV.AZ xəbər verir ki, məqsəd Kərkük vilayətinin Havicə rayonunu İŞİD terror qruplaşmasından təmizləmək üçün əməliyyatlara başlayan İraq ordusuna və peşmərgələrə dəstək olmaqdır.
Hərbi baza Ərbil şəhərindən 40 kilometr məsafədə yerləşir. ABŞ artıq Kayyara hərbi bazasındakı hərbi avadanlıqların əksəriyyətini Mahmura köçürüb. Bazada xeyli sayda ağır zirehli texnika, top, pilotsuz təyyarələr var.
Qedy edək ki, ABŞ 2016-cı ilin martında Mosulun İŞİD terror qruplaşmasından təmizlənməsi əməliyyatı zamanı da Kayyara hərbi bazasını qurub.
məvbə Publika.az

Загрузка...
Загрузка...