ABŞ hətta Özalın nəbzini də dinləyirmiş – Fotofakt

 
15 iyul dövlət çevrilişinə cəhdlə bağlı aparılan istintaq çərçivəsində “Zaman” qəzeti rəhbərlərinin keçirdiyi toplantılarda yazılan qeydlər aşkarlanıb.
 
Axar.az xəbər verir ki, etiraf tipli qeydlərdə ABŞ-ın 1991-ci ildə Türkiyənin 8-ci prezidenti Turqut Özalı dinlədiyi, Fətullah Gülənin də bu işdən agah olduğu aydınlaşıb.
 
Türkiyədəki mühafizəkar təbəqənin yox olmasını istəyən ABŞ Gülənin köməkliyi ilə Özalın təzyiqini də hər gün qeydə alırmış.
 
Dinləmələr ABŞ-ın FETÖ-nun dövlət içinə sızdırdığı əməkdaşlarından istifadə etdiyini göstərir. Ancaq qeydlərdə yalnız ABŞ-ın Özalı dinlədiyi bildirilir.
 
22 fevral 1991-ci ildə “İstişarə” başlıqlı qeyddə Özalla əlaqəli çox mühüm məlumatlar var. Qeyddə ANAP-çı (Ana Vətən Partiyası) Hüsnü Doğanın Səmra Özalın İstanbul vilayət rəhbəri gətirilməsinə qarşı çıxdığı üçün nazirlikdən uzaqlaşdırıldığı yer alıb.
 
Gülən isə bu məsələyə belə münasibət bildirib:
 
“Çox qarışıq məsələdir. Turqut bəy qaldıra bilməyəcəyi bir yükün altındadır. Hər halda bir neçə ehtimal var. ABŞ mühafizəkarların dinlənilməsini istəyirdi. Bu mövzuda Özala böyük təzyiq vardı. O, Hüsnünü uzaqlaşdırmaqla ABŞ-a “siz əzməyimi istəyirdiniz, etdim” mesajını verdi. Çankayanın telefonu dinlənildiyindən Özalın nəbz və təzyiqi, həyəcanı, əsəbləri hər gün qeydə alınır. Bunu yalnız özü bilir, heç xanımı da bilmir”.
 
Xatırladaq ki, mərhum prezidentin oğlu Əhməd Özal atasının ölümündə FETÖ-nun əli olması ilə bağlı şübhələrini dilə gətirib.