​ABŞ HƏRBİ GƏMİLƏRİ XƏZƏRDƏ

 
Qazaxıstan Xəzər dənizindəki Aktau və Kurıl portlarını ABŞ hərbi dəniz qüvvələri üçün açıb.
 
Bununla bağlı Qazaxıstan KİV xəbər verir.
 
İndi Birləşmiş Ştatlar Rusiyadan yan keçməklə Əfqanıstana yüklərin göndərilməsində alternativ marşrutdan istifadə edə biləcək.
 
Razılaşmanı Qazaxıstan senatı 2018-ci ilin martında təsdiqləyib. Qazaxıstan prezidenti Nursultan Nazarbayev yaxın günlərdə sənədi imzalayacaq.
 
ABŞ-ın təklifi ilə Əfqanıstana xüsusi yüklərin nəqli Azərbaycan və Gürcüstandan Xəzər dənizi vasitəsilə Qazaxıstana göndərilməklə həyata keçiriləcək. Daha sonra dəmir yolu vasitəsilə Özbəkistana, oradan isə Əfqanıstana çatdırılacaq.
 
Qazaxıstan xarici işlər naziri Kayrat Abrahmanovun sözlərinə görə, saziş ABŞ-ın strateji tərəfdaşı kimi ölkənin maraqları çərçivəsində imzalanıb. \eurasiadiary.com\

Загрузка...
Загрузка...