​ABŞ Güləni Türkiyəyə təhvil verəcəkmi?

 
 
ABŞ Fətullah Gülənin ekstradisiyası yönündə Türkiyə ilə əməkdaşlığı vacib hesab edir. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Ernest bildirib.
 
O qeyd edib ki, rəsmi Vaşinqton və Ankara arasında ekstradisiya haqqında müqavilə artıq 30 ildir qüvvədədir.
"ABŞ bu sazişə sadiqir. Gülənin ekstradisiyası ilə bağlı iki ölkə arasında sıx əməkdaşlıq var. Bunu siz də görürsünüz. Bizim Ədliyyə Nazirliyinin nümayəndələri Türkiyəyə səfər ediblər. Yaxın günlərdə  vitse-prezident Cozef Bayden də Ankaraya səfər edəcək. Bu məsələ bir daha müzakirə olunacaq", deyə Ağ Evin sözçüsü bildirib.