ABŞ gərək Ukraynaya kömək edib, onun təhlükəsizliyini gücləndirsin.

Axar.az xəbər verir ki, bunu İCTV-yə açıqlamasında ABŞ-ın eks-dövlət katibi Kondaliza Rays söyləyib. Onun sözlərinə görə, ABŞ Minsk razılaşmasını maksimal şəkildə müdafiə edib, sanksiyaların və neft qiymətlərinin Rusiya iqtisadiyyatına təsir edəcəyi vaxtı gözləməlidir:
 “Sözsüz ki, Ukrayna özünü qorumalıdır. İnsanlara özlərini silah vasitəsilə qorumaq imkanı verilməlidir. Lakin ABŞ hökuməti bu addımı seçmədi və mən bunu başa düşürəm. Sanksiyalar və neft qiymətləri Rusiya iqtisadiyyatını dağıdacaq. Ukrayna ABŞ silahlarının alınmasına ümid bəsləməməlidir. Bunun yerinə Vaşinqton NATO-nun regiondakı müdafiə potensialını artıracaq”.
 Qeyd edək ki, Kondaliza Rays Corc Buşun prezidentliyi dönəmində ABŞ dövlət katibi, milli təhlükəsizlik məsələləri üzrə müşavir olub. Məhz onun dövründə ABŞ Əfqanıstan və İraqa müdaxilə edib.