​ABŞ-ın gizli xəritəsi tapıldı: Yeni terror dövləti yaradılır - PKK şimala nəzarət edəcək

 
ABŞ-ın Suriyanı tamamilə bölüb ölkənin şimal seqmentini PKK-ya verdyi təsvir olunan pirat xəritə ortaya çıxıb.
Turaninfo.org  Publika.az -a istinadən bildirir ki, Pentaqonun bu xəritəylə "Fərat Qalxanı" bölgəsinə də göz dikdiyi görünür. Terrorçularla Haseki və Rakka şəhərlərində bir araya gələn ABŞ ordusunun Suriyadakı rəsmiləri hazırlanan yeni xəritəyə uyğun olaraq, yaradılacaq yeni terror dövlətinin sərhədlərini çəkib. Türkiyənin Suriyada apardığı "Fərat Qalxanı" əməliyyatlarının ən qaynar nöqtələri xəritədə PKK-ya aid olaraq göstərilib.
Planın həyata keçirilməsində əsas hədəflərdən biri isə müxalif qüvvələrin nəzarətində olan İdlib şəhəridir. Çünki yeni birləşmələrin Aralıq dənizinə çatması üçün İdlib dəhliz rolunu oynayır. Bəzi mənbələrdə hətta yaxın vaxtda ABŞ ordusunun İdlibə hava zərbələri endirəcəyi də deyilir.

Загрузка...
Загрузка...