ABŞ generalı sakinlərdən üzr istədi

ABŞ generalı sakinlərdən üzr istədiƏfqanıstanda ABŞ-ın rəhbərlik etdiyi NATO qüvvələrinin yeni komandiri Gündüz vilayətinin sakinlərindən ABŞ hava qüvvələrinin 42 nəfərin ölümülə nəticələnmiş hava hücumuna görə üzr istəyib.
ABŞ Ordu generalı Con Nikolson Gündüzdə tibbi xeyriyyə təşkilatı Sərhədsiz Həkimlər və həlak olanların ailələri ilə görüş keçirərək başsağlığı verib. O, hadisəni dəhşətli faciə adlandırıb.
Hava hücumu oktyabr ayının 3-də baş verib. Hadisə zamanı ABŞ hərbi hava qüvvələrinin AC-130 təyyarəsinin xəstəxanaya atəş açması nəticəsində orada olan həkimlər və xəstələr həlak olub.
“Mən sizin itkilərini və acılarınızı bölüşürəm. Sizdən ehtiramlı şəkildə əfv diləyirəm,” deyə general Nikolson bildirib.