ABŞ generalı Akarın zənginə niyə cavab verməyib?

 
15 iyul dövlət çevrilişinə cəhd zamanı qiyamçıların girov götürdükləri Baş Qərargah rəisi Hulusi Akarın mobil telefonundan ABŞ ordusunun Baş Qərargah rəisi Cozef Dunforda zəng edilib.
 
Axar.az "Axşam.com"a istinadən xəbər verir ki, çevrilişə dəstək almaq üçün ABŞ-dan kömək istəyən qiyamçıların planı uğurlu alınmayıb. Çünki həmin vaxt Əfqanıstanda olan Dunfordun mobil telefonu köməkçisində olub və o, hadisədən dərhal xəbər tuta bilməyib.
 
Zəng edən adamın Hulusi Akar olmadığını anlayan Dunfordun köməkçisi isə danışığı yarıda kəsib.