ABŞ: Fətullah Gülənin ekstradisiya tələbi dəyərləndiriləcək

 
"ABŞ rəhbərliyi hərbi çevrilişə cəhdin araşdırılması üçün Türkiyəyə hər cür köməklik göstərəcək".
 
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Coş Ernest deyib.
 
Onun sözlərinə görə, Türkiyə tərəfi Fətullah Gülənlə bağlı xüsusi sənədlər təqdim edib: "Gülənin ekstradisiya tələbi dəyərləndiriləcək".
 
Qeyd edək ki, Türkiyədə hərbi çevrilişə cəhd nəticəsində 290 nəfər həyatını itirib, 1400-dən çox insan yaralanıb. Ümumilikdə, hadisələrdə şübhəli bilinən 6000-dən çox şəxs saxlanılıb.
 
Həmçinin, Ankara hökuməti hadisələrin təşkilində şübhəli bilinən və hazırda ABŞ-da yaşayan Fətullah Gülənin ekstradisiyası üçün Vaşinqtona müraciət edib və sübutlar göndərib.