​ABŞ foto yaydı: Türk hərbçilərinin öldürülmə səhnəsi - Səbəb?...

 
Amerika Donanması 1801-1805-ci illər arasında Liviyanın Tripoli sahillərində türk bayrağı ilə döyüşən əsgərlərin öldürüldüyünü göstərən foto yayımlayıb.
 
Teleqraf.com xəbər verir ki, donanmanın rəsmi Tvitter hesabından türk bayraqları ilə döyüşən və öldürülən əsgərlərin fotosunun yayılması təsadüfi sayılmır.
 
Fotoda söhbət 1801-1805-ci illərdə Tripoli istiqamətində ABŞ-la Osmanlı Türkiyəsinə bağlı ərəb dövlətləri arasında yaşanan Bərbəri döyüşündən gedir. Bu savaşda osmanlı tərəfindən Mərakeş, Əlcəzair, Tunis və Liviya vuruşub.
 
Bu müharibə nəticəsində ABŞ Aralıq dənizinə daxil olmaq üçün ödədiyi vergidən azad edilib.
 
Bərbəri müharibəsinin tarixi təlimlər baxımından əhəmiyyətini görən ABŞ Donanması türk bayrağı tutan əsgərlərin savaşaraq öldüyünü özündə əks etdirən fotonu yaymasının səbəbi hələlik bilinmir.
 
Qeyd edək ki, ABŞ Donanması bu fotonu 2016-cı ildə də yayıb. Sonra isə foto ciddi və kəskin reaksiyalara səbəb olub.
 
Müəllif: Cavad

Загрузка...
Загрузка...