ABŞ fəlakətə doğru gedir - Putin XƏBƏRDARLIQ ETMİŞDİ

ABŞ-ın ümumi dövlət borcu tarixdə ilk dəfə 21 trilyon dolları ötüb.
Publika.az xəbər verir ki, bu haqda ABŞ-ın bu Maliyyə Nazirliyinə istinadən CBS telekanalı bildirib.
Qeyd edilir ki, Donald Tramp dövlət başçısı postunu tutanda borcun məbləği 19,9 trilyon dollar idi. Bildirilir ki, ABŞ-ın borcu keçmiş Amerika lideri Barak Obamanın dövründə iki dəfə artıb. O, vəzifəyə gələndə 10,6 trilyon dollar olan borc postdan getdiyi zaman 19,9 trilyon dollara çatmışdı.
ABŞ-ın Hesablama Paalatasının məruzəsinə görə, 2040-cı ilə qədər ABŞ-ın dövlət borcu ümumi daxili məhsulun 76 faizindən 106 faizinə qədər arta bilər.
Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın dövlət borcunun səviyyəsi bütün dünya iqtisadiyyatı üçün siqnaldır.
Ömər Dağlı

Загрузка...
Загрузка...