ABŞ-ın “F-35”-lə bağlı SİRRİ ortaya çıxdı

Baxış sayı: 
189

ABŞ-ın raketdən müdafiə agentliyi beşinci nəsil “F-35” qırıcı təyyarələrini qitələrasası ballistik raketləri təqib etmək üçün sınaqdan keçirdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, sınaqla bağlı detallar “Northrop Grumman” şirkətinin Amerika mediası üçün etdiyi təqdimat mərasimində ortaya çıxıb.
Məlumatlara görə, hələ 2014-cü ildə “F-35” təyyarəsinin fərqli nöqtələrinə 6 DAS (Distributed Aperture System) yerləşdirilib və elektrooptik sensorlar vasitəsilə təyyarələrin raketləri izləyib-izləməyəcəyi sınaqdan keçirilib.
DAS adı verilən sensor sistemi pilotların başlıqlarına taxılmış ekranlardan 360 dərəcə çevrəsindəki təyyarə və ya raketləri təsbit etməsini təmin edir.
Sınaq nəticəsində təyyarələrin qitələrarası bir ballistik raketi təqib edərək koordinatlarını verə bildiyi öyrənilib.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın qitələrarası raketlərinin qarşısını almağın ən yaxşı yolunun raketlər havaya buraxıldıqdan sonra vurulmalı olduğunu bildirib. Lakin Şimali Koreya ABŞ-a belə bir şans vermək niyyətində deyil. Ona görə də ABŞ daha yaradıcı yollar tapmaq məcburiyyətindədir.
Zümrüd

Загрузка...
Загрузка...