ABŞ: "Düşməni parçalamağa çalışırıq"

İŞİD-in zəiflədilməsi prosesi uğurla başa çatıb.
Turaninfo.az xəbər verir ki,  bu sözləri İŞİD koalisiyasının sözçüsü Stiv Varren bildirib.
"İlk mərhələ başa çatdı, indi ikinci mərhələdəyik. Bu mərhələdə düşmənin məhv edilməsi prosesi başlayacaq. İŞİD-ə qarşı əməliyyatlar 8 avqust 2014-cü ildə başladı, son 20 ay ərzində bir çox yol keçdik. Bu günlər geridə qaldı. Düşmənimiz zəiflədilib, indi parçalamaq üçün çalışırıq", - Varren qeyd edib.