ABŞ Dövlət Departamenti Gülənin ekstradisiyasi məsələsinə münasibət bildirdi

ABŞ Türkiyə ilə əməkdaşlıq və müxalifətçi türk siyasətçisi Fətullah Gülən arasında seçim etməyə lüzum görmür.
 
Virtualaz.org "RİA Novosti"yə istinadən bildirir ki, bunu bu gün Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo deyib.
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ABŞ Ankara və Gülən arasında seçim etməlidir. Xatırladaq ki, Türkiyə hökuməti Güləni çevriliş cəhdinin təşkilində günahlandırır.
 
"Bizim buna ehtiyacımız yoxdur", - Trüdo belə deyib.
 
Dövlət Departamentinin rəsmi nümayəndəsi bəyan edib ki, ABŞ "ekstradisiya barədə istənilən müqavilə çərçivəsində öz öhdəliklərini yerinə yetirəcək". Onun sözlərinə əsasən, "bu qətiyyən bizim Türkiyə ilə dərin əməkdaşlığımızla bağlı deyil".