ABŞ-ın dövlət borcu

 
ABŞ-ın 500 nəhəng şirkətini satması belə yardımçı ola bilməz
 

 
Bu yaxınlarda ABŞ-ın dövlət borcu 19,5 trilyon dolları keçib. Məbləğ həddən çox böyükdür, bu səbəbdən tam təsəvvürün yaranması üçün aşağıdakı məlumatları təqdim edirik:
 

 
İqtisadçılar ABŞ-ın dövlət borcunu dünya var-dövləti ilə müqayisə etməyə qərar veriblər. Nəticələr olduqca maraqlıdır. Əgər bir qəpiyi belə diqqətdən kənar saxlamadan Yerdəki dövriyyədə olan bütün nəğd pulları dəqiqliklə hesablasaq bütün dollar, funt, avro, yuan və digər pul vahidlərinin məbləği ABŞ valyutası ilə hesablandıqda təxminən 5 trilyon dollara bərabər olacaq.


 
Dünyanın fiziki olaraq mövcud bütün qızılı 7,7 trilyon dollardan, gümüşü isə 20 milyard dollardan bir qədər bahadır. Demək, bütün bu var-dövlətin məbləği ABŞ-ın dövlət borcundan azdır. Hazırki qiymətlərə əsasən, onların dəyəri 12,7 ( 5+7.7=12.7) trilyon dollar təşkil edir, ABŞ-ın borcu isə bundan təxminən 7 trilyon dollar (19.5-12.7= 6.8, yuvarlaq olaraq 7 trilyon dollar) çoxdur.
 

Dünyada 2015-ci il ərzində neft ixracından əldə edilən gəlir ABŞ-ın dövlət borcundan 25 dəfə azdır. Əgər Səudiyyə Ərəbistanı neftdən gələn bütün gəlirlərindən imtina edərək ABŞ-a təqdim etsə, o zaman borcların tam qayratılması üçün təxminən 150 il vaxt tələb olunar.
 
ABŞ-ın 500 nəhəng şirkətini satması belə yardımçı ola bilməz. Onların qiyməti borc məbləğindən 400 milyard dollar azdır.