​ABŞ-dan Ukraynaya: "Buynuzlu atın..."

 
Rusiyanın Ukraynanı işğal etməyə hazırlaşdığını iddia edən ukraynalı səlahiyyətlilərə Pentaqondan ismarıc gəlib.
 
Axar.az xəbər verir ki, Penteqon Ukraynaya “Əfsanəvi təkbuynuzlu atın arxasınca qaçmağı buraxın” məsləhətini verib.
 
Ukraniya Prezidenti Pyotr Poroşenko Rusiya ordusunun Krımdakı hərbi qüvvələrinə işarə vuraraq Ukraynada rus işğalının olduğunu bildirib. Poroşenkonun açıqlamasını digər dövlət səlahiyyətliləri dəstəkləsə də, Pentoqon bu haldan narazı qalıb:
 
“Bir çoxlarının arxasınca qaçdığı bu əfsanəvi təkbuynuzlu atı biz görmürük. Təlimlərlə bağlı hərəkətlilik görürük, amma dediyiniz kimi, qüvvələrin kütləvi olaraq müəyyən bir yerə toplaşdığını görmürük”,- deyə Penteqon sözcüsü Ceff Davis bildirib.