ABŞ-dan SOS: Türkiyədəki nüvə raketləri...

 
ABŞ-ın araşdırma təşkilatları Türkiyənin İncirlik hərbi bazasında yerləşən nüvə raketlərinin təhlükə altında olduğunu bildiriblər.
 
Axar.az xəbər verir ki, Suriyadakı terrorçuların və ya digər düşmənlərin hücum edəcəyi təqdirdə Türkiyədə yerləşdirilən 50-yə qədər nüvə raketi təhdid altında qalacaq.
 
Obama administrasiyası nüvə raketləri barədə dəqiq şərh verməkdən yayınsa da, ekspertlər məsələ ilə bağlı narahatdırlar.
 
Ağ Ev Milli Təhlükəsizlik Şurasının keçmiş əməkdaşı, müdafiə məsələləri üzrə ekspert Stiv Anderson ABŞ-ın Türkiyədəki nüvə raketlərinin taleyinin bir gecəyə dəyişə biləcəyini bildirib:
 
"Hələlik problemi dəf etmiş kimi görünsək də, ABŞ-ın Türkiyədə yerləşən nüvə silahlarının vəziyyəti bir gecədə dəyişə bilər".