ABŞ-dan mühüm PKK açıqlaması

ABŞ PKK-nı terror təşkilatı kimi tanımaqda davam edir.
 Axar.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Con Kirbi Türkiyənin PKK terrorçularına qarşı təşkil etdiyi əməliyyatlara münasibət bildirərkən deyib.
 Departament nümayəndəsinin sözlərinə görə, rəsmi Ankaranın vətəndaşlarını müdafiə haqqı və məsuliyyəti var:
 “Varşavada keçiriləcək danışıqların önünə keçmək istəmirəm. ABŞ PKK-nı terror təşkilatı kimi tanımaqda davam edir. Dünən də dediyim kimi, Türkiyənin PKK-nın terror hücumlarından ötrü özünü, vətəndaşlarını müdafiə haqqı və məsuliyyəti var. YPG və PYD ilə bağlı fikirlərimizdə isə bir dəyişiklik yoxdur. Onları terrorçu təşkilat olaraq görmürük”.