ABŞ-dan inanılmaz ETİRAF: “Gülən Türkiyə ilə yanaşı, bizim üçün də...”

 
Türkiyədə 15 iyul hərbi çevriliş cəhdində ittiham olunan Fətullah Gülənin ekstradisiyasına dair müzakirələrin davam etdiyi bir vaxtda ABŞ mediası bir ilkə imza atıb.
 
Publika.az xəbər verir ki, “Washington Times” nəşri Fəthullah Güləni “bir radikal” olaraq qiymətləndirib.
 
Məqalə Kolumbiya Universitetinin hüquq fakültəsində təhlükəsizlik və kəşfiyyat dərsləri verən Abraham Vaqner tərəfindən qələmə alınıb. Güləni həm ABŞ, həm də Türkiyə üçün çox təhlükəli adam adlandıran Vaqner Federal Təhqiqatlar Bürösuna çağırış edib.
 
Vaqnerin sözlərinə görə, Gülən həm ABŞ-ı, həm də Türkiyəni şəriət dövlətinə çevirmək istəyir.