ABŞ-dan ikiüzlülük: "İlk Kürdüstan səfiri"nin kimliyi bilindi

 
 
Kərkükdə referendumdan öncə keçirilən gizli toplantıda sözdə "İlk Kürdistan səfiri" təyin edilmiş Peter Galbraithin iştirak etməsi ABŞ-ın ikili oynaması faktını gündəmə gətirib.
 
Bərzani rəhbərliyinə son ana qədər "referendumu dayandırmaq" çağırışı edən ancaq sandıqlar qurulmadan iki gün əvvəl "referenduma qərar verilsə maneə olmağa gücümüz çatmaz" şərhiylə gerçək niyyətini ortaya qoyan ABŞ, səhnədə oynadığı oyunun geri planında başqa bir ssenarini ortaya qoymuş görünür.
 
İsrailə bağlı Kürdüstan planının memarları, referendumdan bir neçə gün əvvəl Kərkükdə toplanmışdı. Bərzaninin məsləhətçisi Hoşyar Zebarinin Kərkükdə evində təşkil edilən gizli yığıncağa qatılan adlardan biri, keçmişiylə olduqca çox diqqət çəkir. Bu ad Peter Qalbraithdir.
 
Milliyyət qəzeti yazarı Özay Şəndir Galbraith ilə əlaqədar bəzi məlumatları köşə yazısında qeyd edib:
 
Peter Galbraith, bir çox yerdə "ABŞ-ın ilk Kürdüstan səfiri olacaq adam" kimi təqdim edilir.
 
İlk olmağa adətkar, Yuqoslaviya dağıldıqdan sonra da Xorvatiyada vəzifə yerinə yetirən ilk ABŞ elçisi.
 
Səddamın İraqlı kürdlərə qarşı kimyəvi silah istifadə etməsindən sonra bölgəyə maraq duymağa başlamış biri.
 
Bərzani ailəsinin məsləhətçisi, Norveç neft şirkətini Şimali İraqda neft axtarışa razı salan adam eyni zamanda.
 
Terror təşkilatı başısı Öcalanın Romada saxlanıldığı günlərdə Öcalanla görüşmək üçün İtaliyaya gedən iki nəfərdən biri Peter Galbraith.
 
2007-ci ildə yazdığı "İraqın Sonu" kitabından bəri kürdlərin ayrılığını müdafiə edir. New York Times, The Guardian kimi qəzetlərə bu fikri müdafiə edən bir çox məqalə yazmış.
 
İyulda Konqres binasında təşkil edilən, "Kürdüstan, ABŞ-ın strateji müttəfiqi" konfransının baş çağırışçılarından biri.

Загрузка...
Загрузка...