ABŞ-dan Gülən-Türkiyə məsələsi ilə bağlı - Son nöqtə

 
Fətullah Gülən və Türkiyə arasında ABŞ-ın seçim etməsinə ehtiyac yoxdur.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo çıxış edib.
 
"Biz bütün ekstradisiya müqavilələri çərçivəsində lazım olan öhdəliklərə görə hərəkət edəcəyik və bu, Türkiyə ilə olan dərin və möhkəm tərəfdaşlığımızdan tamamilə ayrı və fərqli bir tendensiyadır", - Trüdo vurğulayıb.
 
Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Ərdoğan ABŞ-ın ya FETÖ-nu, ya da Türkiyəni seçməli olduğunu xüsusi vurğulamışdı.