ABŞ Dağlıq Qarabağda sülh üçün təzyiq göstərə bilər

Dağlıq Qarabağda sülhün təmin olunması üçün ABŞ öz ciddi təsirini işə sala bilər.
Avropa.info xəbər verir ki, bu barədə “Amerikanın səsi”nə Senatın xarici əlaqələr üzrə komitəsinin vitse-sədri, senator Robert Menendez danışıb.
“İlk növbədə diplomatik metodlarla, təzyiq yolu ilə uzunmüddətli həll prosesinə qayıtmaq lazımdır” – senator belə deyib.