ABŞ-da yeni “11 sentyabr” – DƏHŞƏTLİ PROQNOZ

 
Amerika rejissoru Maykl Mur ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və ABŞ-ın keçmiş prezidenti kiçik Corc Buşun milli təhlükəsizlik məsələlərinə yanaşmalarını müqayisə edib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, rejissor Trampın prezidentliyi illərində Corc Buşun dövründə olduğu kimi böyük terror aktının (2011-ci il 11 sentyabr –red.) baş verə biləcəyini bildirib.
“Tramp bizim hamınızı öldürəcək”, - Maykl Mur “Facebook”dakı səhifəsində yazıb.
Onun sözlərinə görə, Tramp kəşfiyyatın brifinqlərini buraxır. Trampın özü bildirib ki, bu brifinqlərdə daim təkrarlanan informasiya verilir və onlara qulaq asmamaq üçün kifayət qədər ağıllıdır.
Qeyd edək ki, Mur “Farengeyt 9/11” sənədli filminin yaradıcısıdır. Filmdə 2011-ci sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktından bəhs edilir. Rejissor filmdə Buşu tənqid edib. Onun fikrincə, terror aktları ərəfəsində kəşfiyyata eyni laqeyd yanaşma mövcud idi.
“2001-ci il avqustun 6-da o, (Buş – red.) Texas ştatında məzuniyyətdə idi. Həmin səhər milli təhlükəsizlik üzrə məsləhətçisi ona gündəlik brifinqin sənədlərini verdi. Sənədlər Bin Ladenin ABŞ daxilində zərbə vurmaq niyyətindən xəbər verirdi. Üst səhifədə yazılmışdı ki, o, bunu necə etməyə hazırlaşır: təyyarələrin köməyi ilə”, - Mur yazıb.
Rejissor əmindir ki, növbəti terror aktı olanda Tramp özündən başqa hamını ittiham etməyə tələsəcək.
Xatırladaq ki, 2001-ci ildəki terror aktı 3 minə yaxın insanın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

Загрузка...
Загрузка...