ABŞ-da səsdən sürətli sərnişin təyyarəsi sınaqdan çıxarıldı - İNQİLAB...

 
 
Moderator.az "Layf" nəşrinə istinadən xəbər verir ki, ABŞ-ın Yeni İngiltərə poliqonunda perspektiv S-512 səsdən sürətli  avialaynerin  sınaqdan keçirilməsi baş tutub.
 
SX-1.2 modeli sınaq proqramını uğurla başa vurub və indi onun  yaradıcılarının sözünə görə  növbədə daha böyük həcmli SX-1.3 yeni modelin qurulmasıdır. Gözlənilir ki, böyük həcmli yeni modelin uğurlu sınağından sonra "Spike Aerospase" şirkəti gələcək təyyarənin eynisinin yaradılmasına başlayacaq.
 
Şirkətin mütəxəssislərinin rəyinə görə yeni təyyarənin yaradılması uzaq olmayan gələcəyin işidir. Plana görə 2021-ci ildə yeni təyyarənin uçuşu baş tutacaq, 2023-cü ildə isə Spike Aerospace  təyyarələri sifarişçiyə təhvil verməyi təxmin edirlər. Gələcək laynerlər sürəti 1,6 Maxa- dək artıra bilir və 11,5 min kilometri bir dəfə yanacaq doldurma ilə başa vura biləcək.
 
Qeyd etmək lazımdır ki, hal-hazırda bütün dünyada səsdən sürətli mülki hava laynerlərinin layihəsi ideyasına qayıtmaq  prosesi gedir. Artıq bir neçə avia konstruktor büroları gələcək sərnişin təyyarələrinin yaradılması ilə məşğuldur.
 
Maraqlıdır ki, 15 il bundan əvvəl ilk iki layihə özünü doğrulda bilmədiyi üçün bağlanmışdı. Rusiyanın Tu-144 və Avropanın Concorde laynerləri yavaş sürətlə uçan təyyarələrin rəqabətinə dözməyib.
 
Səsdən sürətli sərnişin təyyarələri hal-hazırda dünyada hərəkət etmək üçün ən ekzotik hərəkət vasitəsi deyil. Bu yaxınlarda milyarder İlon Mask Adelaidada astronavtika məsələlərinə həsr olunmuş konqresdə qitələrarası daşımalar üçün  "Big Falcon Rocket" sərnişin raketinin layihəsindən danışıb. Bu layihə gerçəkləşəci halda Amerikadan Avstraliyaya uşuş vaxtı yarım saatdan az olacaq...

Загрузка...
Загрузка...