ABŞ-da rekord sayda seçicinin iştirakı gözlənilir

 
 
ABŞ-ın bir neçə ştatında prezident seçkisində rekord sayda seçicinin iştirakı gözlənilir.
 
Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, söhbət Alabama, Arizona, Miçiqan, Texas və Florida ştatlarından gedir.
 
Məlumata görə, vaxtından əvvəl səs verən seçicilərin sayı 46 milyonu keçib.
 
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Demokratlar partiyasından Hillari Klinton və Respublikaçı Donald Trampdır.