​ABŞ-da qaradərililərin qətli əleyhinə mitinq keçirilir

 
 
ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində qaradərililərin qətli əleyhinə mitinq başlayıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, etiraz aksiyası qaradərili yeniyetmənin polis tərəfindən öldürülməsi səhnəsinin əks olunduğu videoçarxın dərc olunmasından sonra təşkil olunub.
 
“Chicago Trubune”-nin məlumatına görə, etirazçılar şəhərin cənub hissəsində toplaşaraq, “Polis bizi öldürür” və “İrqçi polis terroruna son” kimi şüarlar səsləndiriblər. 
 
Etiraz aksiyasının keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. 
 
Qeyd edək ki, dərc olunmuş videoçarxda oğurladığı avtomobildə qaçmağa çalışan 18 yaşlı Pol Onilin polis tərəfindən güllələnərək saxlanılması səhnəsi əks olunub.  Sonradan yeniyetmə aldığı güllə yaralarından keçinib. İnsidentdə iştirak etmiş polis əməkdaşları səlahiyyətlərini aşdığına görə işdən uzaqlaşdırılıblar.