ABŞ-da prezident seçkilərində ilk nəticələr açıqlanıb: Tramp Kentukkidə liderdir

ABŞ Respublikaçılar Partiyasından ölkə prezidentliyinə namizəd Donald Tramp Kentukki ştatında liderdir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-da prezident seçkilərində səslərin hesablanmasının ilk nəticələri açıqlanıb.  
 
Hesablanmış 2 min bülletenin nəticəsinə görə, Tramp 79 faiz, Klinton isə 18 faiz  toplayıb. 
 
Sorğuların nəticəsinə görə, ştatda 15-20 faizlik üstünlüklə Trampın qələbə çalacağı gözlənilir. Kentukki ştatında səsvermənin Bakı vaxtı ilə 04.00-dək davam edəcəyinə baxmayaraq, artıq bir neçə seçki məntəqəsi bağlanıb.  
 
Ştat sonuncu dəfə 1996-cı ildə demokratları dəstəkləyib. O zaman Demokratlar Partiyasından ikinci müddətə namizədliyini irəli sürmüş Bill Klinton qələbə qazanmışdı.