​ABŞ-da bakirəliyə son verən, Azərbaycan xalçası üzərində min oyundan çıxan MƏŞHUR - FOTOLAR

 
O, latın, yunan, fransız, ingilis, italyan, ispan, qədim yəhudi dili və alman dilini bilirdi. Hazırda ümumi qəbul edilən “uşaq serebral iflici” termini məhz ona məxsusdur. Bununla yanması o, 6 il kokain asılılığından da əziyyət çəkib. Söhbət bir zamanlar şarlatan, seksual manyak adlandırılan Ziqmund Freyddən gedir.
Publika.az onunla bağlı yazını təqdim edir:
Fahişələrlə bir məhəllədə yaşayır
 
 
Əsl adı Sigismund Şlomo Freyddir. 1856-ci il mayın 6-da indiki Çex Respublikasının ərazisində yerləşən, o vaxtlar isə Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Freiburgda anadan olub. Ortayaşlı yəhudi yun tacirinin özündən iyirmi yaş kiçik qadınla olan ikinci evliliyindən dünyaya gələn Ziqmund 4-5 yaşında ailəsi ilə bərabər Vyanaya köçüb. Atası iflas etdikdən sonra uzun müddət işləmədiyindən kasıbların, fahişələrin, qaraçıların məskunlaşdığı məhəllədə yaşamağa başlayıb.
25 yaşına qədər bakir qalır
O vaxtlar, tibb və hüquq peşələri yəhudilər üçün əsas peşə növü sayılırdı. Ailəsi Freydin tibb sahəsində təhsil almasını istəyirdi. Ümumiyyətlə, valideynləri Ziqmundun təhsil almasına böyük diqqətlə yanaşırdılar. Digər uşaqlar şam işığında dərslərini oxuyan Ziqmunda neftlə işləyən lampa və ayrıca otaq ayırmışdılar. Gimnaziyanı bitirib tibbə qəbul olması üçün ailəsi yüksək həcmdə borca girir. Maraqlıdır ki, həmin ərəfədə məşhur psixoanalitik hərbiçi olmağı xəyal edirdi. Atası ona bu haqda fikirləşməyi belə qadağan edir. İstəmədiyi ixtisas üzrə təhsil alması Freydə qaşqabaqlı, könülsüz görünüş verir. Nəticədə universitetdə təhsil aldığı müddətdə bir qız belə ona tərəf baxmır. Freydin özünün etirafına görə, bu səbəbdən 25 yaşına qədər bakir qalır.
Azərbaycan xalçaları ilə müalicə
Cərrahiyyə, eləcə də tibb Freydi tez bir zamanda yorur. O psixologiya ilə məşğul olmağı qərar alır. Kabinet açaraq orada əsəb xəstələrini qəbul etməyə başlayır. Bu arada qeyd edək ki, kilimlərlə, xalçalarla döşənən bu otaqda bütün xalçalar Cənubi Azərbaycanda toxunmuş məhsullar idi. Freydin bu seçimi təsadüfi deyildi. Parlaqlığı, rəngarəngliyi və sadəliyi ilə fərqlənən qaşqay xalçaları xəstələrə rahatlıq, ruh yüksəkliyi gətirirdi. Zərif toxunuşlu bu xalçaların rəng palitrası, incə naxışları yuxu danışmaq üçün lazım olan bir mənzərə yaradırdı. Qaşqay xalçası üzərində uzanan pasiyentlər öz xatirələrini, arzularını, fantaziyalarını danışır, problemlərini bölüşür, əvəzində isə xalçanın ötürdüyü müsbət enerji sayəsində sakitlik, dinclik tapırdılar.
1500 məktub gizli saxlanılır
 
 
Fəaliyyəti dövründə Freyd ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun və pasient (yaxud "analisand") və psixoanalist arasındakı dialoqa əsaslanaraq psixopatologiyanın müalicəsinin yaradıcısı kimi tanındı. O öldükdən sonra 40 fundamental elmi işi, 4000 məktubu buraxıldı. Onlardan 1500-nün 2000-ci ildən sonra dərc edilməsini vəsiyyət etdi. Maraqlıdır ki, bu məktublar 2000-ci ildə də dərc edilmir, gizli saxlanılır. Hətta psixoanalitikin varislərinə yüksək pul təklif etsələr də bu məktubları satmırlar. Çoxları hesab edirdi ki, Freyd həmin məktublarda müayinəyə gələn xəstələrlə intim münasibətlərdən yazıb. Lakin nəzərə alsaq ki, məktublar onun ölümündən bir qədər əvvəl yazılıb, yaşlı birinin öz seks macəralarından bəhs edəcəyi inandırıcı görünmür.
Maraqlı faktlardan biri odur ki, Freydin məktubların açılması ilə bağlı irəli sürdüyü tarixdə - 2000-ci ildə İngiltərədə dünyada ilk olaraq eyni cinslərin evliliyinə icazə verildi. 2001-ci ildə Hollandiyada kilsə iki homoseksualın nikahını kəsdi. Artıq belə bir icazə dünyanın 15 ölkəsində mövcuddur. İddialar irəli sürülür ki məhz sözügedən məktublarda bununla bağlı işarələr var idi.
62 rəqəmindən qorxurdu
Freyd kifayət qədər qəribə insan olub. Məsələn, həyatı boyu 62 rəqəmindən qorxub. Heç vaxt belə nömrəli mənzil kirayələməyib. 6 və 2 rəqəmlərinin olduğu avtomobilə minməyib. Fevral ayının 6-da heç vaxt evdən bayıra çıxmayıb. Özünün bütün elmi əsərlərini kokainin təsiri altında yazıb. Faşit ordusu Avstriyaya daxil olduğu zaman gizli polisin əlindən sağ-salamat çıxan yeganə yəhudi olub. Hətta faşistlər Freyddən gestaponun onunla yaxşı davrandığı barədə ərizə yazmağı tələb etdikdə o “Olmaz ki, mən hamıya səmimi qəlbdən bir gestapo tövsiyə edim?” - deyə soruşub.
Ruzvelt, Mussolini, imler və Stalinin Freyd mübarizəsi
 
 
Son arxiv məlumatlarına görə, Franklin Ruzvelt, Benito Mussolini, Henrix Himler hətta Stalin belə onun sağ-salamat təhvil verilməsi üçün Hitlerə külli miqdarda qızıl təklif ediblər. Lakin Freydi almaq Yunan və Danimarka şahzadəsi, Napoleon Bonapartın qohumu Mariya Bonaparta nəsib olub. Bu qadın babasının böyük malikanələrindən birini sataraq Hitlerə külü miqdarda qızıl ödəyir. Bundan sonra Freyd Londona, oradan da Fransaya gətirilib. Fransada onu Napoleonun özünün də üstündə gəzdiyi qırmızı xalı ilə qarşılayıblar. Bir faktı vurğulayaq ki, o zamana qədər heç bir elm nümayəndəsinə bu münasibət göstərilməmişdi.
İngiltərədə stola toyuq budu qoymurdular
19-cu əsrin sonuna İngiltərədə seks sözü qadağan edilmiş ifadə idi. Aristokratlar süfrələrinə toyuğun bud hissəsini qoymurdular. Bunu da onunla izah edirdilər ki, toyuq budları qadının bədəninin hissələrini xatırladır. Freydin seks, sevgi ilə bağlı çıxışları İngiltərədə seksual inqilab yaradır. Freyd bildirirdi ki, seksual tələbatın ödənilməməsi orqanizmdə ağrılar yaradır.
Hitlerin həkimi
 
 
Freydin parlamasında görünməz əllərin rol oynadığı irəli sürülür. Guya onun tanınması üçün kimsə külli miqdarda pul xərcləmişdi. Bundan əlavə psixoanalitik vəfat etdikdən sonra onun iş otağında rəsm tapılmışdı. Hansı ki, rəsmin arxasında “Heil Hitler! 1910” sözləri yazılmışdı. Sual ola bilər Hitlerlə Freydi nə bağlayırdı? Faktlar var ki, Fürrerin özü də psixoanalitikin xəstəsi olub. Başqa bir məqam Avstriyada faşistlər hakimiyyətə gəldikdən sonra Freydin bütün araşdırmaları cəfəngiyat adlandırılıb yandırılsa da yəhudi psixoloqa toxunulmadı. Bu, sadəcə təsadüfdür, yoxsa əmr, məlum deyil.
Freyd Amerikada bakirəliyə son verir
Freydin Amerikada oxuduğu mühazirədən sonra konservativ ölkədə böyük dəyişikliklər başlayır. Psixoanalitik insan şüurunun idarə edilməsi istiqamətində universal sistem hazırlayır. Bu səbəbdən onun Amerikaya kim tərəfindən göndərildiyi bəlli deyil. Sadəcə bir fakt var ki, Freydlə birlikdə ABŞ-a səfər edən şagirdi Karl Qustav Yunq qarşıdakı illərdə Rotşildlər ailəsinin şəxsi həkimi olur.
Digər tərəfdən məhz Freydin Amerikaya səfərindən sonra bakirəlik bu ölkə üçün vacib sayılmır. Amerikada Freydin bu ölkəyə gəlişinə qədər qızların 85 faizi bakirə evlənirdisə, bundan sonra faizlər dəyişdi.