ABŞ-a cavab: "Rusiyaya hücum çox təhlükəlidir"

 
ABŞ-ın kiber hücumlarının sayı artır.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vaşinqtonun bəyanatını şərh edərkən bildirib.
 
"Ehtiyat tədbirləri görəcəyik. Məsələ ondadır ki, gözlənilməz bir şəkildə ABŞ-ın kiber hücumlarının sayı artır. Rusiyaya qarşı belə təcavüzkar addımlar çox təhlükəlidir. Hətta belə təhdidlər ABŞ-ın vitse-prezidenti səviyyəsində baş verir. Maraqlarımız üçün lazımi addımlar atılacaq", - Peskov qeyd edib.