ABŞ bu ölkədən diplomatlarını təcili çıxarır

 
ABŞ öz diplomatlarını Konqo Demokratik Respublikasından (KDR) çıxarıb.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ Dövlət Departamenti yayıb. Rəsmi Vaşinqton diplomatlarını KDR-dən təhlükəsizlik məqsədi ilə çıxartdığını bildirib.
 
Qeyd edək ki, sentyabrın əvvəllərindən etibarən Konqo Demokratik Respublikasında kütləvi iğtişaşlar başlayıb. Ölkə müxalifəti hazırkı prezident Jozef Kabili öz hakimiyyət müddətini uzatmaqda ittiham edib. Təşkil edilən mitinqdə polisin atəş açması nəticəsində 50 dinc sakin həlak olub. Etirazçılar isə buna qarşılıq olaraq mitinqlərdən birində polis əməkdaşını yaxalayaraq onu diri-diri yandırıblar.