ABŞ-ın bu hücumuna cavab veriləcək – Kreml

 
Rusiya ABŞ-ın kiberhücumuna cavab verəcək.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov söyləyib.
 
Qeyd edək ki, ABŞ mətbuatı Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyaya qarşı böyük kiberhücum həyata keçirəcəyi haqqında informasiya yayıb. ABŞ-ın vitse-prezidenti Co Bayden isə Vaşinqtonun Rusiyanın təşkil etdiyi kiberhücumlara görə Rusiya Prezidenti Vladimir Putinə mesaj göndərəcəyini bildirib.