​ABŞ alimindən İslam dini ilə bağlı hamını təəccübləndirən sözlər - SİTATLAR

 
 
 
Qərb, ABŞ və yəhudi əsilli alimlər İslam dini, onun elmi mahiyyət və fəlsəfəsi barəsində müəyyən qədər yanlış iddalarda da olublar.
 
Lakin bəzi şərqşünaslar məsələyə kifayət qədər obyektiv yanaşmağa çalışıblar. Onlardan biri də İslam və Xristianlıq üzrə ixtisaslaşan, ABŞ-ın siyasi əlaqələrində də aktiv olan Bernard Levi olub. Onun  “İslam Mədəniyyəti və Qərb” əsəri böyük sensasiya yaradıb.
 
Moderator.az səs-küylü kitabdan bir neçə sitatı fakt olaraq təqdim edir:
 
 
“İslam dini, ona inananlardan böyük mədəniyyət yaratdığı halda xristianlığın iki min illik tarixində heç bir mədəniyyət ortaya çıxara bilməməsinin başlıca səbəbini belə izah etmək olar.
Yarandığı zamandan İslam elmə dəyər verdi, tərki-dünyalığı, rahibliyi, elmsiz abidliyi yasaqladı. “Oxu” sözü ilə başlayan Quran bir çox çağırışlarında elmə və düşüncəyə təşviq etdi.
Muhəmməd (peyğəmbər) savadsız müsəlmanlara tədris etmək qarşılığında oxuma, yazma bilən əsirləri azad etdi, onları cəmiyyətin tam hüquqlu üzvləri saydı.
Məkkəlilərlə müharibənin heç bir fayda vermədiyini bilib tərəfdaşlarının ciddi etirazlarına baxmayaraq onlarla sülh bağladı. Daha sonra yüzlərlə müsəlmanı elm öyrənmək üçün Bizans, İran, Misir və Çinə göndərdi. Həmin müsəlmanların bir çoxu xəlifə Ömərin vaxtında qayıdaraq dövləti elə gücləndirdilər ki o dövrün super gücləri olan İran və Bizansa meydan oxumağa başladılar.
Muhəmməd (peyğəmbər) xurma təsərrüfatı ilə bağlı verdiyi göstərişlər məhsuldarlığın aşağı düşməsinə səbəb olduqda “siz dünya işlərini məndən daha yaxşı bilirsiz” deməklə dinlə elmin sərhədlərini müəyyən etdi, elmlə dinin əks olduğu məqamlarda elmə üstünlük veriləcəyini göstərdi.
Xristian liderləri isə kilsənin təlimlərinə əks olan bütün alimləri təqib edir, qəbul edilmiş biliklərə zidd fikirlər söyləyən hər kəsi hədələyirdi. Düşünürəm ki İsa (peyğəmbərin) çarmıxa çəkilməsi bu dinin formalaşmasını başqa insanların ümidinə qoydu. Bu üzdən xristianlıq Avropa qaranlığının səbəbkarı ikən İslam müsəlman mədəniyyətini yaradan əsas amil oldu”
 
Elmin Nuri

Загрузка...
Загрузка...