ABŞ 9 nəfər Quantanamo məhbusunu azad etdi

ABŞ doqquz nəfər Quantanamo məhbusunu Səudiyyə Ərəbistanına göndərib. Turaninfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir.
Məlumata görə, məhbusların hamısı Yəmən vətəndaşıdır. Onların artıq ABŞ üçün təhlükə yaratmadığı bildirilir.
ABŞ-ın yaxın zamanda Liviya vətəndaşları olan daha 2 Quantanamo məhbusunu Seneqala göndərmək niyyətində olduğu qeyd olunur.