Abid Şərifov səhhəti ilə bağlı yayılan xəbərləri təkzib etdi (YENİLƏNDİ)

Baxış sayı: 
153

Abid Şərifov Oxu.az-a açıqlamasında barəsində yazılanların yalan olduğunu deyib.
O bildirib ki, hazırda evdədir və səhhəti normaldır:
“Kim xəstəxanaya yerləşdirilib? Mən? Mənim xəstəxanada nə işim var? Bu yalan məlumatı yayanlara Allah insaf versin. Bəyəm, mənə nə olub ki, xəstələnim və üstəlik, xəstəxanaya da yerləşdirilim?
Əgər, 23 il dövlətin bir vəzifəsində işləmişəmsə və 79 yaşımda cənab prezidentin sərəncamına əsasən, işdən azad edilmişəmsə, bu haqda başqa düşüncələr ola bilər? Hansı ölkədə dövlət məmuru 23 il işləyir? Mən həmişə vicdanla işləmişəm və bundan sonra da vicdanlı olacağam”.
Qeyd edək ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.
Sabir baş nazir müavini orada əməliyyat keçirmişdi.
***
Baş nazirin sabiq müavini Abid Şərifovun səhhətinin pisləşdiyi barədə məlumat yayılıb.
Publika.az xəbər verir ki, interpress.az A.Şərifovun təcili xəstəxanaya yerləşdirildiyini yazıb. Onun yerləşdirildiyi xəstəxana barədə məlumat verilməsə də, Abid Şərifovun hazırda kardiologiya şöbəsində müalicə oldunduğu vurğulanıb.
Qeyd edək ki, A.Şərifov ürəyində problem yaranması səbəbindən İsraildə müalicə olunub. Ötən ilin aprel ayında millət vəkili Yevda Abramov onun İsrailin Hayfa şəhərindəki xəstəxanaya yerləşdirildiyini bildirmişdi.
Sabiq baş nazir müavini orada əməliyyat keçirmişdi.
Abid Şərifov vəzifədən ötən gün azad edilib.

Загрузка...
Загрузка...