Abbas Bağırov Space telekanalına buraxılmadı

Əməkdar artist Abbas Bağırovu Space telekanalınaa iştirak edəcəyi verilişə buraxmayıblar. Buna səbəb kimi ifaçının verilişə gecikməsi göstərilib.
Turaninfo.az Teleqraf.com-a istinadən xəbər verir ki, sənətçi “İnsatgarm”da bir daha Space kanalına çıxmayacağını qeyd edib: "Bu gün saat 09:30-da canlı yayımda olmalı idim. 5 dəqiqə gecikməyiə görə "Space" kanalının qeyri-peşəkar işçisi deyir ki, verilişə gecikdiyinizə görə sizi buraxmamaq tapşırığı verilib”. Bunu mənə Space TV-nin girişində qapıda dayanan insan dedi. Lap yaxşı. Bundan sonra mən Space TV-yə çıxmayacam. Onu da deyim ki, mən bu günə kimi heç bir televiziya verilişinə gecikməmişəm. Canlı yayım olmasa belə".
- See more at: http://teleqraf.com/news/94543#sthash.1EufdY5V.dpuf