AB-dən ilk: bu ölkə Rusiyaya sanksiyaları ləğv etdi

Cənubi Kipr parlamenti Avropa Birliyinin Rusiya Federasiyasına tətbiq etdiyi sanksiyaların ləğvi barədə qərar qəbul edib.
 Axar.az xəbər verir ki, bu haqda məlumatı Cənubi Kiprin Tərəqqi Partiyasının katibi Mariya Pelikanu verib. Onun sözlərinə görə, 59 deputatdan 33-ü qərarın lehinə səs verib, 17 nəfər bitərəf səs verib. Qərarın lehinə heç bir deputat səs verməyib.
 Qəbul olunmuş qərarda Ukrayna hadisələri ilə bağlı Rusiyaya qarşı qəbul olunan sanksiyaların saxlanılması və gücləndirilməsi ilə bağlı narazılıq öz əksini tapıb.