​9 aylıq uşağa qarşı dayə zorakılığı - VİDEO

 
 
Nambiyada doqquz aylıq uşaqlarını bir baxıcıya əmanət edən ailə, evlərinə yerləşdirdikləri gizli kameradakı görüntüləri izlədikləri zaman şok yaşayıblar.
 
Kameraya qeyd edilən görüntülərdə baxıcı qadın uşağı qolundan tutub sərt şəkildə yatağına atır. Ardından ağlayan körpəyə əsəbiləşib yenidən uşağı oradan götürərək otaqdan çıxarır.
 
Moderator.az  xarici mediaya istinadən xəbər verir ki, marketinq işi ilə məşğul olan uşağın anası, iş şəraiti çətin olduğu üçün  körpəsini bir baxıcıya əmanət edib. Baxıcı 4 ay evdə çalışandan sonra ailə, körpənin bədənində müxtəlif çapıqlar olduğunu görüb və baxıcıdan şübhələniblər.
 
Hadisədən sonra dayə qadın həbs olunub.
 
 
Kamran

Загрузка...
Загрузка...