​81 yaşlı atasının üstünə benzin töküb yandırdı - Bakıdakı olayın səbəbi SİZİ DƏHŞƏTƏ GƏTİRƏCƏK

Bakıda 81 yaşlı atasını amansızlıqla öldürən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cimayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə çəxış edən prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum ediıməsini istəyib.
Növbəti proses noyabrın 21-də davam edəcək.
İttihama görə, hadisə bu il yanvarın 31-də baş verib. Hadisədən bir müddət əvvəl İlyas Mehdiyev atası İmdad Mehdiyevdən pul tələb edib. Pulu olmadığını deyən ahıl kişi ilə oğlu arasında mübahisə yaranıb. İlyas Mehdiyev atasından evi satmağı tələb edib. Bu səbəbdən bir müddət ata ilə oğul arasında söz-söhbət olub. Atasının razılığını ala bilməyən İlyas Mehdiyev onu öldürmək qərarına gəlib.
Hadisə baş verən gün maşını ilə evə gələn İlyas qapını döyüb və aydın olub ki, qapı içəridən bağlıdır. O, atasının evdə olduğunu və yatdığını bilib. İlyas daha sonra maşınından benzin götürərək evə gəlib. Qapını növbəti dəfə döyəndə atası açıb. Eyni mövzuda yenidən ata ilə oğul arasında mübahisə başlayıb. İlyas butulkada olan benzini atasının üstünə tökərək onu yandırıb. Qalan benzini isə evə tökərək od vurub və hadisə yerini tərk edib.
Qeyd edək ki, hadisəni törədərkən İlyas Mehdiyev içkili olub.
Qeyd edək ki, mərhum 81 yaşlı İmdad Mehdiyevin digər oğlu Mehdi Mehdiyev Əfv Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədridir.
İlyas Mehdiyev Cinayət Məcəlləsinin 120.2.2. (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 186-cı (əmlakı qəsdən məhv etməvə ya zədələmə) maddələri ilə təqdirli bilinir.
Hacı Zeynalov

Загрузка...
Загрузка...