77 gündür maşında gecələyirlər - FOTOLAR

 
 
Avtovağzal yaxınlığında ər və arvad günlərdir küçədə maşında gecələməyə məcbur qalıb.
 
Moderator.az-ın əməkdaşı hadisə yerinə yollanıb.
 
Şikayətçi Ülviyyə Hüseynova bildirib ki, dayısı Əli Əliyevə 80 min manat borc pul verib. Əvəzində isə qarşı tərəf bir dəfə 25 min manat, daha sonra isə pulun qalanını 2 ev verməklə borcu bağlamağa çalışıb. Sonradan məlum olub ki, borc müqabilində verilmiş evlər başqa şəxslərə aid olub. Həmin evlərdə başqa insanlar yaşayıb.
 
 
Zərərçəkmiş şəxslər dəfələrlə Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa müraciət etsələr də heç bir nəticə əldə olunmadığını bildirirlər. Əksinə, polislər tərəfindən işgəncələrə məruz qaldıqlarını iddia ediblər.
 
 
Artıq 77 gündür maşında gecələyən şəxslər,  gecələr həyatları üçün hər an təhlükə olduğunu bildirirlər. Kirayə qaldıqları evdən də atılan zərərçəkmişlər şaxtalı havada maşında yorğana bürünərək yatırlar.
Maşında gecələməyə məcbur qalan zərərçəkmişlər Moderator.az vasitəsilə əlaqədar şəxslərdən məsələnin tam araşdırılması üçün yardım istədiklərini bildiriblər.

Загрузка...
Загрузка...