700 bal toplayan evin tək oğlu şəhid oldu - FOTOLAR

Erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində Zəngilan rayon sakini Naftalan rayonundan hərbi xidmətə çağırılan Orucov Müşfiq Arif oğlu şəhid olub.
Bu barədə AzVision.az-a Zəngilan rayon icra nümayəndəsi Rəhimov Murad Fərəc oğlu məlumat verib.
Onun sözlərinə görə, Müşfiq Orucovun hərbi xidmətini başa vurmağa cəmi iki ayı qalıbmış. Ermənilərlə döyüşdə qəhrəmancasına həlak olub.
Həmçinin o yüksək balla universitetə daxil olub: “Hazırda şəhidin dəfn mərasimi keçirilir. O, bizim fəxrimizdir. Müşfiq 700 bal toplayaraq universitetə daxil olmuşdu. O, texniki sahədə təhsil alıb və daha sonra hərbi xidmətə yollanmışdı. Evin tək oğlu idi”.