​7 yaşlı şagirdin təcavüzə uğradığı deyilən məktəbdən reportaj – FOTOLAR, VİDEO

Baxış sayı: 
220

Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdə zorlama hadisəsi baş verdiyi haqqında xəbərlər yayılıb. Məsələ ilə bağlı məktəbin həyətinə yığışan valideynlər aksiya keçiriblər.
Övladı birinci sinif şagirdi ilə eyni sinifdə oxuyan valideyn minval.info saytının əməkdaşına danışıb: “Biz öz uşaqlarımıza görə narahatıq, uşağın valideyni ifadə zamanı oğluna yuxarı sinif şagirdinin təcavüz etdiyini yox, sataşdığını deyib”.
Uşaq da yuxarı sinif şagirdinin üzünü görməyib, kim olduğunu bilmir. Məktəb direktoru isə məsələni şişirtdiyi üçün valideynləri günahlandırır. Hadisə günü məktəbin psixoloqu onlara getməli, valideyn və oğlu ilə danışıb məsələyə öz mövqeyini bildirməli idi. Çünki səhv başa düşülmə də ola bilər.
Məktəbin müəlliməsi Məmmədova Hüsniyyə də belə bir hadisənin olmadığını deyib: Belə bir hadisə baş verməyib, çünki məktəbdə yuxarı siniflər üçün ayaqyolu ikinci mərtəbədə, ibtidai siniflər üçün də birinci mərtəbədə yerləşir”
Adını vermək istəməyən ibtidai sinif müəlliməsi: Sadəcə 7-ci sinif şagirdi 1-ci sinif şagirdini itələyib keçib. Məktəbin psixoloqu və nazirliyin nümayəndələri də uşaq ilə danışıb, belə bir hadisə olmayıb. Heç bir aksiya da keçirilməyib, sadəcə dərsdən sonra uşaqlarını evə aparmağa gələn valideynlər olub.
Fərid Özay

Загрузка...
Загрузка...