​63 yaşlı “ağsaqqal” Quran haqda biabırçı video paylaşdı - FOTOLAR

Baxış sayı: 
247
0  
0  

 
 
Böyük Britaniyada sosial şəbəkələrədə  həddindən artıq nifrət dolu islamofob məzmunlu materiallar paylaşan təqaüdçü yaxalanıb.
 
Moderator.az Ukrayna mediasına istinadla yazır ki, 63 yaşlı Erik Kinqin paylaşdığı video-çarxlardan birində naməlum kişi müqəddəs Quranın üzərinə (əstəğfürullah!) təbii ehtiyacını ödəyir. Digər video-yazıda isə o, özü “İslamı yer üzündən silməyə” və “bütün müsəlmanları qətlə yetirməyə” səsləyir.
 
Hüquq-mühafizə orqanları Kinqin islamofob fəaliyyəti haqda polisə müraciət edən yerli sakin vasitəsilə məlumatlanıblar. Ədalətli ingilis belə deyib: ”Məni Erik Kinqin belə nifrət dolu kampaniyası çox hiddətləndirdi. Müsəlmanlara qarşı bu aqressiv hədələr məni çox narahat edir. Axı onların arasında mənim dostlarım da var...”
 
Ağsaçlı islamofobun  xarici görünüşü də əndrəbadidir. Onun üzünə xaç şəkilli döymələr çəkilib.

Загрузка...
Загрузка...