60 yaşlı milyarderin şampan vannasında çimən xanımı haqqında HEYRƏTAMİZ FAKTLAR

 
Bahalı evlər, dəbdəbəli avtomobillər, çox böyük qarderob, masaj otaqları, 132 min dollarlıq gündəlik şopinq, su əvəzinə şampan vannası — bütün bunlar dünyanın ən varlı kişilərinin xanımlarının adi həyat tərzidir.
 
Publika.az oxucuları əslən pakistanlı olan britaniyalı milyarder Məhəmməd Zaxurun həyat yoldaşı haqqında maraqlı faktlarla tanış edib.
 
Dəbdəbə ekskursiyasına xoş gəlmisiniz!
 
Cütlük Donetskdə Zaxurun təşkil etdiyi mərasimdə tanış olub. Кamaliyanın sözlərinə görə, onun diqqətini ilk növbədə milyarderin sərt baxışları çəkib. Ukraynalı müğənni Zaxurun bütün digər kişilərdən fərqləndiyini və onu görən kimi ilk baxışdan aşiq olduğunu söyləyib. Məhəmməd isə Ukrayna KİV-lərinə müsahibəsində etiraf edib ki, belə bir gözəl qadına diqqət yetirməyə bilməzdi. Bir sözlə, məhəbbət qığılcımları hər iki tərəfdən yaranıb. Kamalliya milyarderin bütün bahalı hədiyyələrini qəbul edib, tanışlıqdan cəmi iki ay sonra isə müğənni sevgilisinin evlilik təklifinə «hə» deyib. Yeri gəlmişkən, Kamaliyanın 38 yaşı, Məhəmməd Zaxurun isə 60 yaşı var.
 
Toydan sonra səxavətli milyarderin müğənni həyat yoldaşı daha da məşhurlaşdı. Lakin Britaniya mətbuatı Kiyevdən Londona gələn gəlinin mahnılarından çox, dəbdəbəli həyatından yazırdı.
 
Britaniyanın məşhur “The Daily” qəzeti Kamaliya və Zaxurun hətta bir çox varlıların həsəd apardığı həyat tərzi haqqında maraqlı məlumatlar dərc edib. Məlumatda deyilir ki, cütlük Londonda “Dorchester” otelində qızardılmış xərçəng sifariş etməyə üstünlük verir, məşhur “Le Gavroche” restoranında isə müğənni fransız mətbəxindən xüsusi ördək yeməkləri sifariş verir. Lakin müğənninin təmtəraqlı həyatı ancaq bundan ibarət deyil.
 
Şampan dolu vanna
 
Kamliya etiraf edib ki, o, şampanın böyük pərəstişkarıdır. Yalnız artist bu spirtli içkinin dadına baxmaqla doymur, onda həm də çimməyə üstünlük verir. Kamaliya hesab edir ki, şampan vannası gözəllik və cavanlıq mənbəyidir. O, iddia edir ki, şampan vannası dərini yaxşı təmizləyir və dartır. Şampan vannasını hər yarım ildə bir dəfə qəbul etdiyini deyən artist bunun üçün təxminən 40 şüşə şampan istifadə edir. Kamaliya inandırır ki, çox bahalı şampan almağa ehtiyac yoxdur, adi şampan markaları ilə də keçinmək olar.
 
Kamaliya üçün özəl təyyarələr
 
Hər kəs ömründə bir dəfə də olsa, biznes klassda rahat uçmaq istəyir, amma milyarder arvadının istəkləri daha böyükdür. Kamaliya uzaq ölkələrə getmək istəyəndə bilet sifariş vermir. Axı onun şəxsi reaktiv təyyarəsi var. O, etiraf edib ki, Londondan Birmenqem şəhərinə sadəcə, dadlı kerri yemək üçün Zaxur təyyarəyə 7500 funt sterlinq xərcləməli olub.
 
Milyon dollarlıq qarderob
 
Kamaliya səxavətli sevgilisinin pullarını sözün əsl mənasında, göyə sovurmağa heyfsilənmir. Belə ki, onun qarderobunu “Elie Saab”, “Chanel”, “Balmain” kimi məşhur moda evlərinin geyimləri üstünlük təşkil edir. Ulduzun dəstlərinin dəyəri milyon dollardan çoxdur. Yeri gəlmişkən, Kamaliya əkiz qız anasıdır. O, qızlarını da özü kimi bahalı brendlərdən geyindirir və dəbdəbəli həyata öyrəşdirir.
 
Kamaliya və Məhəmməd Ukrayna, Rusiya, İspaniya, Pakistan, Dubay, Kayman adalarında və başqa ölkələrdə 14 dəbdəbəli evləri olduğunu da gizlətmirlər. Amma Kamaliya Kiyevdəki evini daha doğma hesab edir və vaxtının çoxunu orada keçirir. Ailə yuvasında Kamiliya üçün qrim, karaoke, böyük qarderob, relaks və masaj otaqları, həmçinin hovuz var. Belə daşınmaz əmlakın və öz işlərinin öhdəsindən gələ bilmək üçün Kamaliya 22 nəfərlik işçi heyəti saxlayır. Onların arasında şəxsi stilisti və qızlarının tərbiyəsi ilə məşğul olan üç dayəsi var.
 
Britaniya mətbuatı cütlüyün dəbdəbəli həyatını tez-tez mühakimə və tənqid edir. Bu da təəccüblü deyil, axı ingilislər çox təvazökardır və bu dəbdəbəni yalnız kral ailəsi və lordlara rəva görür. Amma milyarderlər özünü azla məhdudlaşdırmır, əksinə, bütün var-dövlətini cəmiyyətə açıq şəkildə nümayiş etdirir. Kamaliya isə öz «facebook» səhifəsində ünvanına gələn tənqidlərə belə cavab verib: “Söz-söhbəti bağlamaq üçün indi də xeyriyyəçilik fəaliyyəti haqqında danışmaq lazımdır, amma mən belə şeylərlə öyünmək istəmirəm”.