52 yaşında əkiz uşaq dünyaya gətirdi - AZƏRBAYCANDA (FOTO)

Azərbaycanda 52 yaşlı qadın əkiz uşaq dünyaya gətirib.
Publika.az xəbər verir ki, uşaqlar Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyaya gəlib.
Bu, 52 yaşlı qadının ikinci hamiləliyi olub. O, ilk dəfə 48 yaşında ana olub.
Klinikanın 1-ci mama-ginekalogiya şöbəsinin həkimi, kafedranın assistenti Arzu İsmayılova ana və əkizlərin tam sağlam olduqlarını və özlərini çox yaxşı hiss etdiklərini deyib:
“Qadın 24 il sonsuzluqdan əziyyət çəkib və müxtəlif müalicə üsulları tətbiq edilib. Nəhayət, 48 yaşında ilk övladını dünyaya gətirib”.

Загрузка...
Загрузка...