​500 milyardlıq “Xəyalpərəstlər şəhəri”nin VİDEOGÖRÜNTÜSÜ təqdim edildi

Səudiyyə Ərəbistanının 500 milyard dollara ərsəyə gətirəcəyi “NEOM” şəhərinin 3D videogörüntüsü təqdim edilib.
Publika.az xəbər verir ki, görüntülərdə şəhərin sakinlərinə təqdim edəcəyi yaşayış tərzi və özfəaliyyət imkanları yer alıb.
“Xəyalpərəstlər şəhəri” adlandırılan NEOM Səudiyyə Ərəbistanı, Misir və İordaniya sərhədində, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qurulacaq.
Şəhərin adı ingilis dilindəki “new” (yeni) və ərəb dilindəki “gələcək” sözünün ilk hərflərindən götürülüb.
Neom bu dünyada yeni şeylər yaratmaq istəyən xəyalpərəst insanların şəhəri olacaq və burada ənənəvi investisiyalara yer verilməyəcək. Şəhərin enerjisi sadəcə külək və günəşdən alınacaq.
NEOM, həmçinin, robot sayının insan sayından çox olduğu ilk şəhər olacaq.
Zümrüd

Загрузка...
Загрузка...