5 yaşlı uşağın üstünə qaynar su töküldü – Xızıda

 
 
Xızı rayonunda 5 yaşlı qız bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.
 
Turaninfo.org-un “report”a istinadən xəbərinə görə, hadisə rayonun Giləzi qəsəbəsində baş verib.
 
Belə ki, mətbəxtdə nəzarətsiz qalan 2013-cü il təvəllüdlü Gülsurə Seyid qızı Mustafayevanın üzərinə qaz üstündə qaynayan su dağılıb. Azyaşlı ağır yanıq xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıb. Müayinə zamanı azyaşlının 1-ci və 2-ci dərəcəli yanıq xəsarətləri aldığı müəyyən edilib və dərhal Bakı şəhərinə gətirilib.
 
Xəstəxanadan bildirilib ki, uşağın vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Загрузка...