5 yaşlı qız müəlliminə Mercedes bağışladı

"Bu avtomobil sevimli müəllimim Nadiyaya hədiyyəmdir!"
 Küveytin paytaxtı Əl Küveytdəki uşaq bağçalarından birində "tədris-təlim prosesi"ni başa vuran 5 yaşlı Nur əl Faris müəllimləri və tərbiyəçiləri ilə vidalaşıb.
Milli.Az Al Cazeera-ya istinadən bildirir ki, balaca Nurun atası qızın çox sevdiyi müəllimi Nadiyaya minnətdarlıq etmək qərarına gəlib.
 O, bağçadakı "buraxılış mərasimi"ndə qızının müəlliminə 94 min dollar dəyərində lüks Mercedes avtomobili bağışlayıb.
 Nurun atasının dediyinə görə, xanımı ötən il vəfat edib: "Qızımın bağçadakı müəllimi Nadiya övladıma öz uşağı kimi baxdı, tərbiyə və təlim verdi. Mən də bir ata kimi qızımın qeydinə qalan bu gözəl insana kiçik hədiyyə etmək qərarına gəldim".