​5 min nəfərin iştirak etdiyi toyda gəlini bu hala saldılar - VİDEO

Türkiyədə keçirilən toy mərasimində qeyri-adi hadisə baş verib.
Turaninfo.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 min nəfərin dəvət edildiyi toy mərasimində gəlinə çoxlu qızıl hədiyyə ediblər.
 
Qonaqlar hədiyyələri gəlinin üzərinə taxdıqları üçün o, hərəkət etməkdə çətinlik çəkib.
 
Toy Hakkari şəhərində, böyük nüfuza sahib olan Goyi sülaləsinin nümayəndəsi, iş adamı Məhmət Sevən tərəfindən təşkil edilib. O, oğlu Özgür Sevənə təmtərahlı toy edib.
 
Mərasimdə hakim Ədalət və İnkişaf Partiyasından, Şimali İraq Kürd Muxtariyyətindən və böyük sülalələrdən nümayəndələr iştirak edib.

Загрузка...
Загрузка...