"48 saat içərisində ərazimizi tərk edin" — Bərzanidən PKK-ya xəbərdarlıq

 
 
İraq kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani Şimali İraqdakı PKK terrorçularından ərazini tərk etmələrini tələb edib.
 
Ölkə.Az xəbər verir ki, Bərzani Ərbil asayişinə PKK-KCK üzvlərinin tutulması və ərazidən çıxarılması üçün göstəriş verib.
 
1990-cı ildə Türkiyədən qaçaraq Şimali İraqa sığınan PKK tərəfdarlarının yaşadığı Mahmur düşərgəsində yaşayanların isə Bərzaninin əmri ilə muxtariyyətin şəhərlərində işləməsi qadağan edildi. Onların düşərgəni sərbəst şəkildə tərk etmələri də qadağan edilib.